Gövhər Həsənzadə: Xəyanəti bağışlamadım, bu mənim acizliyim deyildi... - VİDEO

Gövhər Həsənzadə: Xəyanəti bağışlamadım, bu mənim acizliyim deyildi... - VİDEO

"Restoran tipli konsertlər çoxalıb. Müğənni adiləşir, öz duruşunu itirir o tip səhnələrdə. Onu dinləmirlər, o insanlar elə hey danışırlar. Müğənni tamaşaçını aldada bilməz, fonoqrama oxuya bilməz. Çünki o fonoqramdan tamaşaçının evində də var, televizorda da var. Bəs niyə konsertə gəlib? Son zamanlarda konsert məhfumu da dəyişilib. Konsert yoxdur, şou var. Konsert ifaçının öz sənətini göstərməsidir. Dünyadakı şouların heç birini bəyənmirəm. Konsert akademik olar. Biz dinləmək üçün olan konsertləri görmək üçün olanlarla qarışıq salırıq ... "


"Elnur Hüseynov, Samir Cavadzadə, Fərid Məmmədov kimi hazırda yox olan sənətçilər işləmək istəyirlər. Bunun üçün onlara peşekar səhnə, geniş arena, şərait yoxdur! Ancaq istəyirik ki, xarici ulduzlara yüksək qonorar verək gətirək. Amma öz ifaçılarımıza şərait yaratsaq, inanın ki, tamaşaçıların musiqi ehtiyacını ödəyə bilərlər. İndiki mahnılar yadda qalmır, bəli. Çünki, müğənnilər peşəkarları eşitmirlər. Güvənmirlər!"


"Elnurla Samir səhnəyə çıxanda elə vəziyyətdə idilər ki, düşündüm ki, mən səhnəyə çıxsam, onlardan yaxşı oxuyaram. Təzyiq var idi, o qədər şoklar yaşadılar ki... Pilləkənlə çıxanda onları Quranın altından keçirtdim. Dedim ki, uşaqlar heç nəyi düşünməyin, səhnədə yıxılsanız belə. Başqa nota qaçsanız da, bəstəkar mənəm, finalda onu dəyişdiyimi mən özüm onlara deyəcəm. Bizə Azərbaycandan baxırlar, oxuyun gedək evimizə. Bununçün məhz bura gəlmişik. Onlara elə ürək dirək verdim ki, finalda yarımfinaldan da yaxşı oxudular hətta. Mən orda bütün günü Samirin Elnura necə muğam öyrətməyinin şahidi idim. Məni qınadılar ki, eqaist kimi davrandım, 2 ən güclü səsi ora apardım. Dedim, ilk dəfə idi gedirik, biz ən yaxşısını göstərməli idik. Bəlkə də sadəlövh idik, o vahiməli səhnəni bilmirdik. Ele bilirdik ki, 1-ci yeri qazana bilərik... "


"Mən tez-tez xayənətlə rastlaşıram. Zəifi vurma heç vaxt. Sənin düşmənin də qarşında zəifləsə, kişilikdən deyil ki, bir şapalaq da sən ona vurasan. Taleh onu elə qarşında diz çökdürəcək ki, deyəcəksən ki, qurban olum sənin qüdrətinə Allah! Gözəl qadınlar ona görə xəyanətə uğrayır ki, qısqanılırlar. Özləri çox güvənirlər, arxayın olurlar. Və ya hər kəsin gözü onda, yanındakı insan da bunu görür. O kişi özünü təsdiqləmək üçün xəyanətə yol verir. Xəyanəti bağışlamadım, heç kim bağışlaya bilməz. Sadəcə məcburiyyətdən yaşayan insanlar var. Rəfiqəmi də bağışlamadım. O insanları reklam etmək istəmirəm. Onlar bu mövzu ilə tarixə yazılmasınlar. Rəfiqədirsə, xəyanət etməyəcək. Xəyanət edibsə, rəfiqə deyilmiş. Rəfiqə ruh əkizi sayılır. İnsan özünə aid olanı necə qopara bilər? Özünə necə xəyanət edə bilər? Axı bütöv sayılır bu iki nəfər. Aldandımsa sənə, məni avam bilmə. İnandımsa, bil ki, inanacam yenə. Acizliyimə kənardan baxıb gülmə, get, dönmə geri!!! Mən özümü sənə vermişəm. Bu mənim acizliyimdir? Mən sənə güvənmişəm. Əgər sən o güvəni doğrultmursansa, bu sənin mərhəmətsizliyin və qeyri-insaniliyindir. Mənimçün bu eyib deyil!"
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]