Azərbaycan Milli Xalça Muzeyinin direktoru Fransada səfərdə olub +FOTO=13

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Fransada səfərdə olub +FOTO=13

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Fransada səfərdə olub 

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Dünya Mədəniyyətləri Evi – Fransa Qeyri-Maddi Mədəni İrs Mərkəzinin dəvəti ilə bu ölkədə 10 günlük səfərdə olub.

 

Qeyri-maddi mədəni irs nümunələrinin təbliğinə və mədəni müxtəlifliyin müdafiəsinə mühüm töhfələr verən bu beynəlxalq təşkilat xarici ölkələrdə çalışan və Fransa ilə mədəni əlaqələrin qurulmasında rolu olan şəxslər üçün xüsusi proqramlar təşkil edir. Azərbaycan Milli Xalça Muzeyinin son dövrlər Fransanın mədəniyyət ocaqları ilə sıx əməkdaşlığı nəzərə alınaraq, bu il ölkəmizi onun fəaliyyət sahəsinə uyğun hazırlanan xüsusi proqram çərçivəsində Şirin Məlikova təmsil edib.

 

Xalça Muzeyinin profilinə uyğun olaraq Şirin xanım Paris, Lion və Fransanın digər şəhərlərində fəaliyyət göstərən muzeylərin ekspozisiya və fondları, bərpa mərkəzləri, qədim üsulların tətbiq edildiyi dekorativ-tətbiqi sənət, tekstil mərkəzləri ilə yaxından tanış olub. Həmçinin dünyanın məşhur muzeylərindən olan Luvr muzeyinin, ən gözəl krujeva tikmə sənət əsərlərinin hazırlandığı Milli Krujeva Konservatoriyası emalatxanasının, XVII əsrdən indiyədək dünya unikal kolleksiyasının qorunub saxlandığı “Mobilier National”ın xalça, qobelen laboratoriyasının zəngin təcrübəsi haqqında maraqlı məlumatlar əldə edib.
Onların rəhbərləri, səlahiyyətli şəxsləri, o cümlədən Fransanın Mədəniyyət Nazirliyinin nümayəndələri ilə səmərəli görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bunlar isə gələcəkdə Azərbaycan-Fransamədəni əlaqələrinin genişləndirilməsi, Fransamuzeyləri ilə əməkdaşlığın inkişafı və birgə layihələrin hazırlanması, icrası istiqmətində yeni imkanlarınyaranması baxımından vacib və əhəmiyyətlidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]