Azərbaycan karateçiləri Avropa çempionatına yollanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan karateçiləri Avropa çempionatına yollanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan karateçiləri Avropa çempionatına yollanıblar  -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanının karate üzrə böyüklərdən ibarət yığma komandası Türkiyənin Qaziantep şəhərində keçiriləcək Avropa çempionatına yollanır. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, qitə çempionatının medalları uğrunda 22 karateçimiz mübarizə aparacaq ki, onlardan da 11-i fərdi kumite və kata yarışlarına, 6-sı komanda çıxışlarına, 5 nəfəri isə Para-Karate üzrə Avropa çempionatına qatılacaq.

 

 

Kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovin rəhbərliyi altında fərdi yarışlarda Əminağa Quliyevi (-60 kq), Tural Ağalarzadəni (-67 kq), Rafael Ağayevi (-75 kq), Turqut Həsənovu (-84 kq) və Asiman Qurbanlı (84+ kq), komanda yarışında isə Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət trio çıxış edəcək.

 

Baş məşqçi Denis Morozovun rəhbərlik etdiyi qasın yığmasının heyətində İnci Əzizovanın (-50 kq), Mədiə Sadiqovanın (-55 kq), Ayla Rzazadənin (-61 kq), İrina Zaretskanın (-68 kq) və Fəridə Əliyeva (68+ kq) yer alıb. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə fərdi yarışlarda Roman Heydərovun, komanda çempionatında isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdənin xidmətindən yararlanacaq.

 

Para-karate üzrə milli komandanın baş məşqçisi Rənad Əliyevsə bu yarışda Sahib Əhədova, Eldar Əhmədova, Fərrux Qaybaliyevə, Emiliya Mitilinovaya və Nihat Məmmədzadəyə güvənib. Beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının hakimləri arasında olacaq.

 

 

Qeyd edək ki, Avropa çempionatında 45 ölkədən 454 karateçi, Para-karateçilərin qitə çempionatında isə 15 ölkədən 48 idmançı mübarizə aparacaq. Yarışdan bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov və Azərbaycan nümayəndə heyəti mötəbər tədbirdə iştirak edəcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]