Ağcabədidə ümumrayon yığıncağı keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=32)

Ağcabədidə ümumrayon yığıncağı keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=32)

Ağcabədidə ümumrayon yığıncağı keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=32)

 

May ayının 21-də Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində bölgə ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

 

Öncə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri giriş sözü ilə açaraq həm tarixi köklərə, həm mədəni birliyə, həmçinin ümumi maraqlara söykənən vahid bir cəmiyyətin formalaşması üçün düzgün və lazımi təbliğatın, maarifləndirmə işlərinin aparılmasının vacib məsələlərdən olduğunu vurğulayıb.

 

Yığıncaqda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov çıxış edərək, ideoloji işin aparılması üçün hazırlanmış konsepsiyada müəyyən edilən hədəf qrupları, maarifləndirmə mövzuları və digər məsələlərlə bağlı ətraflı məlumat verib, qarşıda duran işlərdən söz açıb.

 

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış zamanı rayonda fəaliyyət göstərən təbliğat qruplarının, o cümlədən YAP fəallarının gördüyü işləri təhlil edib, rayon ərazisində ictimai-siyasi vəziyyət barədə məlumatların toplanması və araşdırılması baxımından qrup üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Ağcabədi şəhər 6 saylı məktəbin direktoru Nərminə Əkbərova çıxış edərək, ideoloji maarifləndirmə işinin aparılmasında medianın və təhsil işçilərinin xüsusi rolunu vurğulayıblar. Daha sonra tədbir iştirakçılarının mövzu ətrafında fikirləri və təklifləri dinlənilib. Rəncbərlərkənd sakini Aqil İsmayılov bu məsələlərdə hər kəsi bir olmağa, dövlətimizin daha da qüdrətlənməsi dövlətçiliyimizin qorunması naminə ölkə rəhbərinin ətrafında sıx birləşməyə çağırıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]