Efes-2022 çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub (+FOTO=6, +VİDEO)

“Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub (+FOTO=6, +VİDEO)

“Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları icra olunub 

 

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.
Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.
Bundan başqa yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]