Tahir Əmiraslanov: Dünyada Türk Mətbəxi həftəsi keçirilir (YENİLƏNDİ)

Tahir Əmiraslanov: Dünyada Türk Mətbəxi həftəsi keçirilir (YENİLƏNDİ)

Tahir Əmiraslanov: Dünyada Türk Mətbəxi həftəsi keçirilir

 

21- 27 may tarixdə dünyanın hər yerində Türk Mətbəxi günləri keçirilir. Bu mədəniyyət hadisəsi olduğu üçün bunu Yunus Əmrə institutu həyata keçirir.Türkiyəni Dünyada Türk Mətbəxi Tanıdacaq.(Tansu Çillər)
Biz Türkiyəmizi bu möhtəşəm tədbirlə təbrik edir, uğurlar arzulayırıq.!
Milli Mətbəx irsi bizdə də Mədəni irs kimi Azərbaycan Mıdəniyyət Qanununda öz əksini tapıb.
Təssüf ki , bəziləri Milli Mətbəxə yalnız Turizm və ya Qida sənayesi nöqteyi nəzərindən baxır. Hal bu ki, bu iki sahə milli mətbəxin yalnız son , axırıncı istifadəçisi, istehlakçısı və ən kicik , bəsit istismarçılarındandır.

 

Milli Mətbəx həm İaşənın, restoran biznesinin daimi dayanış bazası, Səhiyyənın əsas elementi( bir çox ölkələrdə Əhalinin Sağlamlıq Konsepsiyasının bazisi kimi təsbit edilib), Milli Sosial siyasətin əsas elementi, Milli kimliyin göstəricisi, Ölkənin Xarici Siyasətinin güclü elementi ( Koreya, Çin, Fransa, Ukraina , Yaponuya və s. XİN konsepsiyalarında), İncəsənət hadisəsi ( Ukrainada , Cində və s İncəsənət Universitetlərində ayrıca Fakultələr var) , Güclü təbliğat mexanizmi , bəzi ölkələr Mətbəxi digər ölkələrin yumşaq görünməz istila vasitəsi kimi, kütləvi təsir vasitəsi,digərləri Kəşfiyyat və əks kəşfiyyatın dayağı və s elmi -praktiki sahələrdə istifadə edir.

 

Yalnız onu demək kifayətdir ki, bütün dinlər mətbəxin gücünü özlərinin ən güclü təsir vasitəsi, təlqin aləti kimi istifadə edir, tərəfdaşlarını qida qadağaları, ayinləri, mərasimləri ilə idarə edirlər.
Buna görə dünyanın mütərəqqi ölkələri , o Cümlədən Türkiyə Mİli Mətbəxin gücünü , yerini daha yaxşı anlayır və istifadə edir.

 

Türkiyənın Yunus Əmrə İnstitutuna Azərbaycan Milli Kulinariya Assosiyasiyasinı( AMKA) bu gözəl tədbirə dəvət etdiyi üçün təşəkkür edirəm.

 

Tədbirdə AMKA-nın İdarə heyətinin və Ağsaqqalar şurası üzvlərindən Oruc, Oqtay , Firdovsi Ustalar və tərəfdaşımız Nigar xanım Əmirbəyova iştirak edirdilər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]