Ceyhun Məmmədov: Azərbaycan və Litva arasında münasibətlər yüksək səviyyədə inkişaf edir

Ceyhun Məmmədov: Azərbaycan və Litva arasında münasibətlər yüksək səviyyədə inkişaf edir

Bu yaxınlarda iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq qarşılıqlı fəaliyyətin keyfiyyətini daha da artıracaqdır.


Cənubi Qafqazı sülh bölgəsinə çevirmək istəyən Azərbaycan əməkdaşlıq üçün hələ də Ermənistandan müsbət reaksiya ala bilmir. Qarabağda qazanılan Böyük Zəfərdən sonra Azərbaycan sülh müqaviləsinin bağlanmasının və delimitasiya ilə bağlı birgə komissiyanın yaradılmasının əsas tərəfdarına çevrilmişdir.


Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq irəli sürdüyü beş əsas prinsip ilkin olaraq Ermənistan tərəfindən qəbul edilsə də, onlar bu məslələrin həlli istiqamətində öz məsuliyyətsiz mövqelərini göstərməyə yenə də davam edirlər. Azərbaycan ölkələrarası görüş üçün öz işçi qrupunu yaratmasına baxmayaraq, Ermənistan 29 aprel tarixi üçün razılaşdırılmış görüşü ləğv etmişdir.


BMT-nin 30 ildə həll edə bilmədiyi məsələni Azərbaycan 44 gün ərzində həll etdi. Vaxtında Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlər göstərilsə, sanskiyalar tətbiq edilsəydi heç müharibə baş verməzdi. Son 30 ildə danışıqlara sadiq qalan Azərbaycan sonda ədaləti hərbi-siyasi yolla özü bərpa etdi.


İndi ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması və orada həyatın yenidən canlandırılmasıdır.


Litva Respublikası ilə iqtisadiyyat, ticarət və digər sahələrdə qarşılıqlı əlaqələrin artırılması ölkələrarası əməkdaşlığın səmərəliliyini artıracaqdır. Birgə hökumətlərarası komissiyanın işi nəticəsində bütün sahələrin inkişafında ölkələrin bir-birinə göstərdiyi dəstək artaraq pik həddə çatacaqdır.


Azərbaycan xarici investorlar tərəfindən ən çox yatırım edilən ölkələrdən biridir. Hal-hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq işlərinə, bərpaolunan enerji sahələrinin yaradılmasına beynəlxalq şirkətlər tərəfindən daha çox maraq göstərilir.


Cari ilin ilk rübündə ölkədə yüksək inkişaf qeydə alınmışdır. Ölkənin iqtisadiyyatı 7,2 faiz, ixracatı 85 faiz artmışdır. İşsizlik səviyyəsi 5-6 faiz təşkil etmişdir.


Digər sahələrdə olduğu kimi, nəqliyyatın inkişafı istiqamətində də əlaqələrimiz artaraq yeni mərhələlərə çatıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ilə region üçün mühim nəqliyyat mərkəzlərindən birinə çevrilib.


Ölkəmizdə enerji sektoru daima iqtisadiyyatın aparıcı sektorlardan biri olub. Azərbaycan öz enerji təhlükəsizliyinin tam olaraq təmin edə bilməklə yanaşı, Avropa İttifaqının üzv ölkələrinə enerji ixrac edən əsas ölkələrdən  birinə çevrilib.
 

Ceyhun MƏMMƏDOV,

Millət vəkili

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]