Olimpiya çempionu Radik İsayev Avropada üçüncü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Olimpiya çempionu Radik İsayev Avropada üçüncü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Olimpiya çempionu Radik İsayev Avropada üçüncü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İngiltərənin Mançester şəhərində keçirilən və Azərbaycan taekvondoçularının da qatıldığı Avropa çempionatına yekun vurulub. Dördgünlük çempionatın son günündə biri para-taekvondoçu olmaqla 5 təmsilçimiz dayanq üzərinə çıxıb. İlk 3 günü fiaskoya uğramaqla medalsız başa vuran Azərbaycan yığması nəhayət ki, yarışın 4-cü günü mübarizəyə qatılan Olimpiya çempionu Radik İsayevin (+87 kq) sayəsində bir bürünc medal qazana bilib. Qeyd edək ki, indiyədək iki dəfə Avropa çempionatının qalibi olan İsayev bu dəfə yarımfinalda Türkiyə təmsilçisinə uduzmaqla üçüncü yerilə kifayətlənib. Onunla eyni gündə mübarizəyə qatılan digər dayanq ustalarımız fiaskoya uğrayıblar.

 

Son gündə mübarizəyə qatılan para-taekvondoçumuz Sadiq Qədimov (63 kq) da çıxışını üçüncü yerdə bitirməklə, bürünc medala layiq görülüb. Xatırladaq ki, Sadiq Qədimovdan öncə isə para-taekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalovsa (58 kq) bürünc medal qazanmışdı. Yeri gəlmişkən çempionata cəmi 5 para taekvondoçumuz qatılmışdı. Taekvondo üzrə əsas yığmamız isə AÇ-yə 5-i qadın olmaqla 13 dayanq ustası ilə qatılmışdı.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]