Rusiya indi də "Avroviziya"nın rus versiyasını yaradacaq

Rusiya indi də "Avroviziya"nın rus versiyasını yaradacaq

Rusiya indi də "Avroviziya"nın rus versiyasını yaradacaq

 

Rusiya "Eurovision"a bənzər müsabiqə yaratmağa hazırlaşır.

Bu barədə rusiyalı müğənni Nikolay Baskov məlumat verib.


İfaçının sözlərinə görə, mahnı müsabiqəsinə "rusofobiyanın yayıldığı dövrdə Rusiya ilə birlikdə qalan dost ölkələr" dəvət olunacaq.

"Biz müxtəlif ölkələrdən olan insanların rus dilində mahnı oxuyacağı və bununla da mədəniyyəti təbliğ edəcək bir müsabiqə təşkil etmək istəyirik. Eyni zamanda, onlar həm öz ölkələrini, həm də musiqilərini təmsil edərək, öz milli üslubunda çıxış edəcəklər", - deyə sənətçi bildirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]