U-22 yığmamız Slovakiyaya da uduzaraq qrup üçüncüsü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

U-22 yığmamız Slovakiyaya da uduzaraq qrup üçüncüsü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

U-22 yığmamız Slovakiyaya da uduzaraq qrup üçüncüsü olub  -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Voleybol üzrə 22 yaşadək oğlanlar arasında keçirilən Avropa çempinatının təsnifat (seçmə qrup) oyunları başa çatıb. Baş məşqçisi Eldar Əliyev olan Azərbaycanın U-22 komandası təsnifat oyunlarını Kosovoda keçirib. Yerli komanda ilə yanaşı, Hollandiya və Slovakiya yığması ilə birlikdə E qrupunda mübarizə aparan Azərbaycan millisi keçirdiyi 3 oyunda yalnız bir qələbə qazanmaqla, çıxışını 3 xalla 3-cü pillədə başa vurub. Xatırladaq ki, start oyununda meydan sahiblərini 3:0 (25:17, 25:11, 25:20) hesabla məğlubiyyətə uğradan U-22-miz ardından Hollandiyaya 3:1(21:25, 25:23, 25:18, 25:21), Slovakiyaya isə 3:-0 (25:16, 25:21, 25:13) hesabla uduzub. Bu isə aktivinə cəmi 3 xal yazdıran yığmamıza yalnız qrup üçüncüsü olmaq imkanı verib. Bu isə yığmamızın AÇ-nın finallarından kənarda qalması deməkdir. Belə ki, Avropa çempionatının finallarına yalnız 6 qrupun birinciləri və bir də ən yaxşı ikinci yerin sahibi vəsiqə qazanıb.

 

Yığmamızın yer aldığı E qrupunda komandaların yekun turnir vəziyyəti belədir: Hollandiya - 9 xal (set fərqi 9-1), Slovakiya - 6 xal (6-3), Azərbaycan - 3 xal (4-6), Kosovo - 0 xal (0-9).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]