Məmmədyarov Chessable Mastersin 14 finalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarov Chessable Mastersin 14 finalına çıxıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə onlayn formatda keçirilən "Çempionun Şahmat Turu" seriyasının "Chessable Masters" mərhələ yarışı davam edir. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla 16 şahmatçının mübarizə apardığı turnirdə ilk 15 turdan sonra təsnifat oyunları başa çatıb. Qaydalara görə, təsnifatda ilk 8 yeri tutan zəka sahibi mübarizəni 14 finaldan (pley-off) davam etdirmək imkanı əldə eidb. Qeyd edək ki, həmyerlimiz Məmmədyarov 15 turdan sonra topladığı 23 xalla 6-cı yeri tutub ki, bu da ona mübarizəni pley-offdan davam etdirmək imkanı verib. Məmmədyarov 14 finalda Çin təmsilçisi, təsnifatı 3-cü yerdə başa vuranDinq Lijenlə qarşılaşacaq.
14 finalın digər oyunlarında aşağıdakı cütlər qarşılaşacaqlar:
Aniş Qiri (Hollandiya) - Aryan Tari (Norveç);
Maqnus Karlsen (Norveç) - David Quijarro (İspaniya);
Vey Yi (Çin) - Rameşbabu Praqqnanandxa (Hindistan).
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)