Tanınmış vokalçı Ramil Qasımov Balaş obrazında ilk dəfə çıxış etdi

Tanınmış vokalçı Ramil Qasımov Balaş obrazında ilk dəfə çıxış etdi

Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası təqdim olunub.
 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış bu opera tamaşasında əsas partiyaları – Əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil) və Ramil Qasımov (Balaş) ifa ediblər. Səhnə əsərində, həmçinin Əməkdar artistlər Səbinə Vahabzadə (Gülüş), İnarə Babayeva (Dilbər), Tural Ağasıyev (Əbdüləli bəy) və solistlər Taleh Yəhyayev (Atakişi), Esmira Məmmədova (Tafta), Fəhmin Əhmədli (Məmmədəli bəy), Nəzər Bəylərov iştirak ediblər.
 

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
 

Azərbaycan opera sənətinin ən parlaq əsərlərindən biri olan “Sevil” operası dolğun musiqisi, möhtəşəmliyi, maraqlı məzmunu, zəngin dili, orkestr rəngarəngliyi ilə hər zaman tamaşaçılar tərəfindən bəyənilmiş və böyük uğur qazanmışdır. Ramil Qasımovun ifasında Balaşın ariyası və İlahə Əfəndiyeva ilə birgə uğurlu və qüsursuz çıxışları tamaşaçılara böyük zövq yaşatmışdır.   
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]