Osman Gündüz: Tank əleyhinə hibrid döyüş velosipedləri

Osman Gündüz: Tank əleyhinə “hibrid” döyüş velosipedləri

Osman Gündüz: Tank əleyhinə “hibrid” döyüş velosipedləri

 

Ukraynada hər şey müharibə üçündür. İndi də Ukraynadakı velosiped zavodları ordu üçün Delfast və ELEEK elektrik velosipedləri hazırlamağa başlayıb.

Mürəkkəb şəraitdə, sürətli və səssiz hərəkət edən bu velosipedlər Javelin və NLAW daşımaq üçün, həmçinin snayperlərin hərəkəti üçün uyğunlaşdırılıb.

Bu tip elektrik velosipedləri rus tanklarına və digər hədəflərə qarşı sürətli və səssiz mövqe seçmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Artıq bu velosipedlərin, ruslar üçün ciddi baş ağrısına çevrilən, müharibədə əhəmiyyətli keyfiyyət dəyişikliyi yaradan Javelin və NLAW-ın effektivliyini daha da artırdığı bildirilir.
Hətta 80 km/s sürət yığa bilən bu pedallı motosikletlər 320 km məsafə qət edə bilir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]