Adil Əliyev: kikboksinq üzrə XXVI Azərbaycan çempionatının təntənəli açılış mərasimi baş tutdu

Adil Əliyev: kikboksinq üzrə XXVI Azərbaycan çempionatının təntənəli açılış mərasimi baş tutdu

Adil Əliyev: kikboksinq üzrə XXVI Azərbaycan çempionatının təntənəli açılış mərasimi baş tutdu

 

İki illik fasilədən sonra kikboksinq üzrə XXVI Azərbaycan çempionatının təntənəli açılış mərasimi baş tutdu, ölkəmizdə kütləvi tədbirlərin keçirilməsinə razılığın verilməsini sevindirici haldır. Tədbirdə Gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin komitə sədrləri, deputatlar, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, şəhid ailələri, qazilər, tanınmış idmançılar, ictimaiyyət nümayəndələri iştirak edirdi. Açılış mərasimi dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad eidlməsi ilə başladı. Ölkəmizin idman ictimaiyyətini birlikdə görmək bizim üçün çox sevindirici haldır. Biz müzəffər xalqın övladlarıyıq, bununla fəxr edirik. Qarşıda daha böyük yarışlar gözlənilir. Ümidvaram ki, idmançılarımız Türkiyədə keçiriləcək İslamiadada bir daha bizləri sevindirəcəklər. Çünki güclü, qalib xalq olduğumuzu hamı gördü. Hər birimizin borcudur ki, Azərbaycanda idmanın inkişafına gücümüz çatdığı qədər dəstək olaq. Məhz Ümummilli lider Heydər Əliyevin ölkəmizdə rəhbərliyə qayıtmasından sonra Azərbaycanda gənclər, idman siyasəti və ordu quruculuğunun əsası qoyuldu. Ulu Öndərin bütün sahələrdə uğurlu davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəstəyi nəticəsində formalaşmış övladlarımız bizə möhtəşəm Qələbə bəxş etdi. Kikboksinq üzrə idmançı şəhidlərimizin ailə üzvlərinə Azərbaycan Kikboksinq Federasiyasının plaketləri təqdim edildi.
Qeyd edim ki, çempionat 22 may tarixinə qədər davam edəcək və final görüşləri bazar günü keçiriləcəkdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]