Şamaxıda "Yaponiya-Azərbaycan Dostluq İli" çərçivəsində təlim keçirilib

Şamaxıda "Yaponiya-Azərbaycan Dostluq İli" çərçivəsində təlim keçirilib

“2022 Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində Şamaxıda “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri baş tutmuşdur


Yaponiya Səfirliyi tərəfindən Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində növbəti tədbir həyata keçirilmişdir.


20 may 2022-ci il tarixində Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin  birgə əməkdaşlığı ilə Şamaxıda yerləşən E. Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutmuşdur. Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri  Rövşən Əliyev və digər qonaqlar iştirak etmişdir.


Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilmiş, yeni biliklər aşılanmışdır. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin  birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlamış, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilmişdir. Qeyd etmək istərdik ki, bu il silsilə şəkildə keçiriləcək bu tədbirlərdən ilk artıq fevral ayında Bakıda baş tutmuşdur.


Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olmuşdur. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.
Eyni tədbirin Azərbaycanın digər regionları daxil olmaqla, 2 başqa təhsil müəssisəsində (Bakı və Şəki) keçirilməsi planlaşdırılır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]