Türkiyəyə səfər edən qazilərimiz Azərbaycan səfirliyində - FOTO

Türkiyəyə səfər edən qazilərimiz Azərbaycan səfirliyində - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə qaziləri dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilmişdir. Diplomatların, Səfirlik nəzdindəki Hərbi attaselik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirmişdir.


Səfir Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd etmiş, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulamışdır. Səfir Rəşad Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd etmişdir.


Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə etmiş, dövlətin onlara qayğı və diqqətindən razılıq etmiş və təkliflərini səsləndirmişlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]