Əli Həsənovdan iddialarla bağlı AÇIQLAMA
Bu xəbəri paylaş
Əli Həsənovdan iddialarla bağlı AÇIQLAMA
“Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib.
O, daha sonra fikirlərini belə davam etdirib:
“Zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər. Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü”.
Ə.Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovu Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına da münasibətini bildirib:
“Mən Müdafiə Nazirliyi zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram”.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)