Gənc istedadlar liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər +FOTO=2

“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər +FOTO=2

“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər 

 

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin sertifikat və medalına layiq görülüblər.

 

“Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibləri kimi adıçəkilən müsabiqədə iştirak hüququ qazanmış liseyin XI sinif şagirdləri Nigar Namazova və Lalə Hüseynova mühəndislik, X sinif şagirdləri Ərhan İbrahimli biologiya, Ayaz Ömərli isə ekologiya üzrə hazırladıqları elmi-tədqiqat işlərini dünyanın 85 ölkəsindən qatılmış şagirdlərlə birgə təqdim ediblər. Ümumilikdə Azərbaycanı müsabiqədə 7 layihə ilə 12 şagird təmsil edib.

 

Qeyd edək ki, X sinif şagirdi Ərhan İbrahimli və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Özləm Əhmədlinin BDU-nun Biologiya fakültəsində yerinə yetirilən “Hidropon sistemdən istifadə etməklə və induktorların (fitohormonların) iştirakı ilə bitkilərin yeni becərilmə texnologiyası” layihəsi Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov və Botanika və Bitki fiziologiyası kafedrasının laboratoriya müdiri, mütəxəssis alim Kəmalə Əsədovanın rəhbərliyi ilə hazırlanıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]