Səhvən hesabına 360 min dollar köçürüldü

Səhvən hesabına 360 min dollar köçürüldü

Səhvən hesabına 360 min dollar köçürüldü 

 

Aprelin əvvəlində, Yaponiyanın əsas Honshu adasının cənub-qərbində yerləşən Abu şəhərində bir bələdiyyə məmuru, COVID-19 epidemiyası zamanı yardım olaraq, aşağı gəlirli yerli sakinlərə nağd müavinət köçürməli imiş.

 

Bu barədə TBS məlumat yayıb.

 

Bildirilib ki, yardım üçün ayrılmış bütün məbləği (360 min dollar) səhvən adı siyahının başında olan işsiz Şo Taquçinin hesabına göndərib. O, pulun anlaşılmazlıq ucbatından bələdiyyədən gəldiyini bilsə də, dərhal xarici onlayn kazinolarda qumar oyunlarının təşkilində vasitəçilik edən dəlların hesabına köçürüb.

 

Taquchi əmin edir ki, o, bütün məbləği bir an içində itirib, amma indi onu tədricən qaytaracağına söz verir.

 

Polis onu dələduzluqda şübhəli bilinərək həbs edib və bələdiyyə itirilən məbləğin qaytarılması üçün məhkəməyə müraciət edib.

 

Üç min nəfərdən bir qədər çox əhalisi olan kiçik şəhərin büdcəsindən ciddi məbləğ itirən məmuru da rəsmi məsuliyyətə cəlb olunması nəzərdə tutulur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]