Şahin Mustafayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü +FOTO=3

Şahin Mustafayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü +FOTO=3

Şahin Mustafayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü 

 

Baş nazirin müavini Şahin Mustafayev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

 

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

 

Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdıran İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

 

Görüşdə Azərbaycan ilə İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 

Görüşdə həmçinin Azərbaycan ilə İran arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]