İmtahan həyəcanı keçirən yeniyetmənin tükləri tamamilə töküldü

İmtahan həyəcanı keçirən yeniyetmənin tükləri tamamilə töküldü

İmtahan həyəcanı keçirən yeniyetmənin tükləri tamamilə töküldü

 

Britaniyanın Birmingem şəhərindən olan Sem Teylor məktəb imtahanlarına görə keçirdiyi həyəcan səbəbindən 15 yaşında tamamilə keçəl olub.

 

Bildirilir ki, yeniyetmə bir neçə ay ərzində başında, üzündə və bədənindəki bütün tükləri itirib. Dermatoloqun təyin etdiyi müalicə kursu da kömək etmir.
Teylorun sözlərinə görə, məktəbdə onun üçün çətin olub: hamı ona diqqət yetirib və xərçəng olub-olmadığını soruşub.

 

Yalnız universitetə ​​daxil olduqdan sonra özünə dostlar qazana bilib - onlar gəncin xarici görünüşünə əhəmiyyət verməyiblər.

 

Hazırda 19 yaşında olan gənc vəziyyəti ilə barışıb və hətta anası kimi qaşlarını permanent makiyaj etməyə başlayıb

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]