Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir (+FOTO=6, +VİDEO)

Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir (+FOTO=6, +VİDEO)

Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir (+FOTO=, +VİDEO)

 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi son mərhələ üzrə əsaslı təmir edilir.

 

Təmir işləri küçənin Azər ManafovƏli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.

 

Aparılan təmir işləri çərçivəsində küçə boyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

 

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpasıyeni səki daşlarının düzülməsi işləri icra olunur. Sadalanan təmir işləri 8 min kv.m-ə yaxın sahəni əhatə edib.

 

Əsaslı təmir işləri çərçivəsində Tofiq Abbasov küçəsinin Əli Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin rahat və təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət axınının istiqamətləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur.

 

Bundan başqa sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

 

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

YOLUNUZ AÇIQ OLSUN...

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]