Azərbaycan güləşçiləri dünya reytinqin cədvəlinə liderlik edirlər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan güləşçiləri dünya reytinqin cədvəlinə liderlik edirlər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan güləşçiləri dünya reytinqin cədvəlinə liderlik edirlər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünya Güləş Birliyi (UWW) güləşçilərin (hər üç növdə) yeni reytinq cədvəlini elan edib. Maraqlıdır ki, yeni cədvəldə Azərbaycanın 16 güləşçisi müxtəlif çəki dərəcələrində Top-10-da yer alıb, Hətta onlardan da ikisi öz çəkisinin lideridir. Bunlar yunan-Romaçılar - Sənan Süleymanovla (77 kq) dünya çempionu Rafiq Hüseynovdur (82 kq). Digər güləşçilərimizə gəlincə, Eldəniz Əzizli (55 kq) öz çəkisində 2-ci, Taleh Məmmədov (63 kq) 3-cü, Murad Məmmədov (60 kq) 5-ci, Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq) hər ikisi 6-cı, Beka Kandelaki (130 kq) isə Top-10-u tamamlayır.

 

Sərbəst güləşdə Osman Nurmaqomedov (92 kq) 2-ci, üçqat dünya çempionu Hacı Əliyev (65 kq) 3-cü, Abubəkr Abakarov (86 kq) 5-ci. Turan Bayramov (70 kq) 7-ci, Əşrəf Əşrəfovsa (79 kq) 10-cu yerdədir.
Zərif cinsdən olan güləşçilərimizdən Aəena Kolesnik (59 kq) 5-ci, Elis Manolova (65 kq) 7-ci, qadın yığmamızın əfsanəvi lideri Mariya Stadniksə (50 kq) 9-cudur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]