Badmintonçumuz Dviçayo nüfuzlu turnirin əsas mərhələsinə çıxsa da ... -İNTİQAM təqdim edir (AZpress.AZ)

Badmintonçumuz Dviçayo nüfuzlu turnirin əsas mərhələsinə çıxsa da ... -İNTİQAM təqdim edir (AZpress.AZ)

Badmintonçumuz Dviçayo nüfuzlu turnirin əsas mərhələsinə çıxsa da ... -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Tailandın paytaxtı Banqkok şəhərində badminton üzrə keçirilən HSBC BWF WORLD TOUR SUPER 500 seriyalı “GR TOYOTA GAZOO RACING Thailand Open 2022” turnirində kişilərin şəxsi yarışında Azərbaycan təmsilçisi Edi Reski Dviçayo da iştirak edib. Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, mübarizəyə təsnifat mərhələsindən qatılan Dviçayo ilk görüşündə misirli Hatem Adhama 2:0 (21-10,21-15) hesabı ilə qalib gəlib. Bu qələbədən sora Edi əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə isə Almaniya badmintonçusu Maks Veisskirheni 2:0 (21-11,21-19) hesabı ilə məğlub edib və bununla da turnirin 116 final mərhələsinə adlayıb. Burada onun rəqibi Malaziya təmsilçisi, dünya reytinq cədvəlində 6-cı yeri tutan Li Zi Jia olub. Qarşılaşmanın ilk setində rəqibinə ciddi müqavimət göstərən badmintoçumuz sonra rəqibinə 19-21 hesabı ilə uduzub. İkinci seti də üstün durumda (9-21) bitirən Li Zi Jia turnirin 1/8 finalına vəsiqə qazanıb.
Təsnifat mərhələsində 2 qələbə qazanan Edi aktivinə 2220 reytinq xalı yazdırıb.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]