Ədəbiyyat Muzeyinin Aran regional filialında Açıq qapı günü keçirilib +FOTO=14

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib +FOTO=14

Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib 

 

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar gün ölkəmizdə də geniş miqyasda qeyd olunur, günün mövzusu çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir.

 

Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinin təşkilinə daim dövlət qayğısı olmuşdur. Ümummilli lider Heydər Əliyev hər zaman mədəniyyət ocaqlarına, ədəbiyyata, incəsənətə böyük önəm vermiş, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir.

 

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Kürdəmir rayonunda yerləşən Xaqani Şirvani adına Aran regional filialında “Açıq qapı” günü təşkil edilib.

 

“Açıq qapı” günündə Kürdəmir rayon sakinləri, şəhərin qonaqları, eləcə də rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çoxlu sayda ziyarətçilər muzeyi ziyarət edərək zəngin ekspozisiya ilə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, qonaqlar regionda yaşayan yazarların kitablarından ibarət sərgi ilə tanış olublar.

 

Bu gün muzeyi ziyarət edənlər arasında Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da olub. O, Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını və ziyarətçiləri təbrik edib, ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldığını bildirib.

 

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə məlumat verilib, onlar müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış olublar.

 

Həmçinin ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirib, rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.

 

Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompazisiyalar qonaqların marağına səbəb olub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]