Muzeylər bu günümüz, sabahımızdır (AZpress.AZ, Akif Ağayev, +FOTO=4)

“Muzeylər bu günümüz, sabahımızdır” (AZpress.AZ, Akif Ağayev, +FOTO=4)

“Muzeylər bu günümüz, sabahımızdır” (AZpress.AZ, Akif Ağayev, +FOTO=4)

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “18 may - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

“Muzeylər bu günümüz, sabahımızdır” mövzusunda təşkil olunan konfransda Lənkəran, Astara, Cəlilabad, Yardımlı Tarix-Diyarşünaslıq Muzeylərinin direktorları, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin könüllüləri iştirak ediblər.

 

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin, muzey sahəsində çalışan və dünyasını dəyişən şəxslərin xatirələri etiramla yad edilib.

 

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva “Beynəlxalq Muzeylər Günü”nün mahiyyətindən və mədəni irsimizin qorunmasında muzeylərin rolundan bəhs edib.

 

N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti Ceyhun Bəşirov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün ölkə Prezidenti İlham Əliyevin, respublikanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyilə Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

 

Muzeyin elmi işçisi Dilgüşə Məmmədovanın “Muzeylərin gücü - keçmişimiz və gələcəyimiz” mövzusunda məruzəsi, Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərovun, Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılovanın, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülviyyə Əliyevanın, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Çimnaz Qasımovanın çıxışları dinlənilib.

 

Sonda xatirə şəkilləri çəkilib, Masallı Tarix-Diyarşünaslıq Muzeyindəki eksponatlara baxış keçirilib.

 

Akif AĞAYEV,

MASALLI.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]