PAŞA Sığortadan tibbi sığorta əldə edənlərə hədiyyəli kampaniya!

PAŞA Sığortadan tibbi sığorta əldə edənlərə hədiyyəli kampaniya!

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan PAŞA Sığorta tibbi sığorta əldə etmək istəyən müştərilərin faydalanması üçün yeni kampaniyaya start verir. Belə ki, sərfəli şərtlərlə tibbi sığorta əldə etmək istəyən şəxslər “Ailə Dostu” və “SağlamSən” könüllü tibbi sığorta məhsulları əldə edən zaman 150 AZN-dək balansa malik hədiyyə kartı əldə edə biləcəklər.

Kampaniya müddətində “SağlamSən” məhsulunun “Emergency” paketini əldə edən müştərilər 20 AZN, “Classic +” paketini əldə edən müştərilər 50 AZN, Silver paketini əldə edən müştərilər 70 AZN, Gold paketlərini əldə edən müştərilər isə 100 AZN məbləğində hədiyyə kartı qazanacaqlar.

“Ailə Dostu” könüllü tibbi sığorta məhsulu üzrə Vitamin A, Vitamin B, Vitamin C və ya Multi-Vitamin paketlərini əldə edən müştərilərə müvafiq olaraq 20, 50, 100 AZN və 150 AZN məbləğində Bravo alış-veriş kartları hədiyyə ediləcək.

Məlumat üçün bildirək ki, könüllü tibbi sığorta məhsulu müştərilərə qabaqcıl özəl klinikalarda və tibb müəssisələrində təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlanmaq imkanı verir.

“Sağlam Sən” və “Ailə Dostu” tibbi sığorta məhsullarını əldə etmək üçün https://bit.ly/Ailedostumuraciet və ya https://bit.ly/Saglamsenmuraciet linkinə keçid edə və ya *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]