Masallı idmançısı peşəkar liqada dünya ikincisi olub (AZpress.AZ, Akif Ağayev)

Masallı idmançısı peşəkar liqada dünya ikincisi olub (AZpress.AZ, Akif Ağayev)

Masallı idmançısı peşəkar liqada dünya ikincisi olub (AZpress.AZ, Akif Ağayev)

 

Türkiyənin Antaliya şəhərində Tay-Kik Federasiyası tərəfindən təşkil olunan “Fərman Korkutan” peşəkar liqa döyüş üzrə dünya çempionatında (13-14 may 2022-ci il) həmyerlimiz Rəşid Rəşidli uğurlu nəticə göstərib.

 

Bütün döyüşlərdə rəqiblərindən üstün olan idmançımız final mərhələsinə yüksəlməyi bacarıb.

 

Lakin qızıl medal uğrunda gedən döyüşdə ayağından aldığı zədə səbəbindən döyüşü ikinci yerdə başa vuran R.Rəşidli dünya ikincisi olmağa müvəffəq olub.

 

Qeyd edək ki, üçqat dünya çempionumuz yenidən revanş döyüşünə çıxacaq.

 

 

Məlumat üçün bildirək ki, Rəşidli Rəşid Rəssam oğlu 1993-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1999-cu ildən “Karate-Do” idman növü ilə məşğul olmağa başlayıb. İlk uğurunu Bakı şəhərində - Xətai rayonu 59 saylı tam orta məktəbində oxuyarkan qazanıb. 2005-ci ilə kimi respublika yarışlarında iştrak edib. 2008-ci ildən “Kinq-boksinq” idman növü ilə məşğul olub, respublika çempionatında və Bakı birinciliyində uğurlu nəticələr əldə edib. 2011-ci ildə Gürcüstan Respublikasında “Kinq-boksinq” üzrə keçirilən Beynəlxalq turnirin, 2012-ci ildə Türkiyədə keçirilən Dünya çempionatının, 2014-cü ildə ildə Gürcüstanda “K-1” versiyası üzrə,, 2014-cü ildə Ukraynada “Muay-tay” versiyası üzrə keçirilən beynəlxalq turinirlərin qalibi olub. 2017-2018-ci illərdə ölkəmizdə keçirilən Dünya çempionatlarında çempion adını qazanıb. 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Budo” döyüşü üzrə keçirilən Beynəlxalq turnirin, 2021-ci ildə Azərbaycanda peşəkar liqa yarışının qalibi olub. Elə həmin il Türkiyənin Antaliya şəhərində Tay-Kinq Valotudo döyüş növü üzrə keçirilən Dünya çempionatının qızıl medalına sahiblənib.

 

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]