Kadırov Ukraynaya daha 200 könüllü göndərdi

Kadırov Ukraynaya daha 200 könüllü göndərdi

Kadırov Ukraynaya daha 200 könüllü göndərdi 

 

Daha 200 könüllü Ukraynadakı müharibədə iştirak etmək üçün Çeçenistandan yola düşüb.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

"Müraciət edənlər çoxdur, bu gün 200 nəfər könüllü göndərilib, onların əksəriyyəti ruslardır", - Kadırov jurnalistlərə deyib.

Çeçenistanın niyə könüllülərin toplanma məntəqəsinə çevrilməsi ilə bağlı sualı cavablandıran Kadırov deyib ki, rus xalqı çeçenlərin “heç vaxt terrorçu və quldur olmadığını” və Rusiyaya qarşı döyüşmədiyini başa düşür.

"Onlar görürlər ki, biz Suriyada da, Donbasda da Rusiyanın maraqlarını müdafiə edirik. Ona görə də deyirlər ki, çeçen əsgərləri döyüşməyə layiqdirlər və biz sizinlə döyüşmək və şeytanlara qarşı sizinlə olmaq istəyirik. ”, - deyə Çeçenistan rəhbəri qeyd edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]