"Baltika 0" "Bakı Marafonu-2022"yə sərinlik qatdı

"Baltika 0" "Bakı Marafonu-2022"yə sərinlik qatdı

Mayın 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və alkoqolsuz “Baltika 0” pivəsinin sponsorluq dəstəyi ilə “Bakı Marafonu-2022” baş tutdu.


“Küləyə qalib gəl!” şüarı altında təşkil olunan beşinci yubiley marafonunun əsas məqsədi - idmanın inkişafına dəstək və sağlam həyat tərzinin təbliğidir.


21 kilometrlik məsafəni əhatə edən marafonun başlanğıc və bitmə nöqtələri Dövlət Bayraq Meydanı oldu. Azərbaycanda ən irimiqyaslı qaçış marafonu 15000-ə yaxın yüngül atletika həvəskarlarını cəlb etdi.
Çoxsaylı beynəlxalq tədqiqatlar göstərir ki, alkoqolsuz pivə təbii izotonikdir, fiziki məşqlərdən sonra su balansını bərpa edir və orqanizmi “A”, “B” və “E” vitaminləri ilə zənginləşdirir.


Məhz buna görə, sərinlənmə və gücünü bərpa etmək üçün bütün marafon iştirakçılarına finiş nöqtəsində moruq, qreypfrut, laym dadlı alkoqolsuz “Baltika 0” təklif olundu.


“Alkoqolsuz pivə bütün dünyada aktiv həyat tərzi sevənlər arasında populyarlıq qazanıb və biz Azərbaycanda sağlam həyat tərzi sevənləri dəstəkləməkdən, idmanın inkişafına öz töhfəmizi verməkdən və iştirakçılara Carlsberg Azerbaijan portfelindən olan “Baltika 0” məhsulunun təbii dadından zövq almaq imkanı verməkdən məmnuniyyət duyuruq”, - deyə Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis qeyd edib.


Məhsul haqqında məlumat:


"Baltika 0 Qreypfrut", "Baltika 0 Moruq" və "Baltika 0 Laym" isti yay günündə sərinlənmək üçün mükəmməl zəngin meyvəli dad ilə süzülməmiş alkoqolsuz pivənin yumşaqlığının unikal birləşməsidir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]