MEK-ə Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər adlı kitab daxil olub

MEK-ə “Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitab daxil olub

MEK-ə “Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitab daxil olub 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ölkəmizin Bolqarıstandakı Səfirliyinin təşəbbüsü və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitab daxil olub.
Kitabda müəllif geniş elmi material əsasında Ermənistan-Azərbaycan qarşıdurmasının bir sıra hüquqi problemlərini araşdırır, 44 günlük Vətən Müharibəsində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun möhtəşəm Zəfəri, Ermənistanın tarixi torpaqlarımızda etdiyi vəhşiliklərin hüquqi nəticələri araşdırılır.
Qeyd edək ki, MEK-in balansına daxil olan kitab bolqar dilində nəşr edilib, müəllifi Dövlət İdarəçilik Akademiyasının professoru Namiq Əliyevdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]