Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi +Heydər Əliyev Fondu (+FOTO=23)

Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi +Heydər Əliyev Fondu (+FOTO=23)

Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi +Heydər Əliyev Fondu (+FOTO=23)

 

Bakının Xəzər rayonunun Binə qəsəbəsində Atçılıq və Təmənis yaşayış massivlərində yerləşən Tədris və Xidmət Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

 

Kompleksin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, tibb və poçt məntəqələri inşa edilib. Stadion və idman sahələri yaradılıb, ərazisi abadlaşdırılaraq müxtəlif növ ağaclar əkilib, eləcə də istirahət parkı salınıb.

 

 

Kompleksin ərazisində tikilmiş 1400 şagird yerlik 292 saylı tam orta məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin həyətində günəş, külək və mexaniki elektrik enerjisi qurğularının modelləri quraşdırılıb.

 

 

Kompleksin ərazisində 192 yerlik körpələr evi-uşaq bağçası inşa edilib. Burada qrup, yataq, oyun və yaradıcılıq otaqları, müəllimlər üçün metodiki otaqlar, idman və akt zalları, yeməkxana və mətbəx yaradılıb. Uşaq bağçası zəruri mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı ərazidə oyun və idman meydançası da salınıb.

 

 

Tədris və Xidmət Kompleksinin ərazisində gündəlik 100 pasiyentə xidmət göstərmək imkanı olan tibb məntəqəsi və 150-yə qədər vətəndaşa xidmət göstərə biləcək poçt məntəqəsi inşa edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]