Lənkəran teatrı Haqqın 44 günü tamaşası ilə Masallıda çıxış edəcək- AZpress.AZ (Ağaddin Babayev, FOTO)

Lənkəran teatrı “Haqqın 44 günü” tamaşası ilə Masallıda çıxış edəcək- AZpress.AZ (Ağaddin Babayev, FOTO)

Lənkəran teatrı “Haqqın 44 günü” tamaşası ilə Masallıda çıxış edəcək- AZpress.AZ (Ağaddin Babayev, FOTO) 

 

Mayın 31-də Masallı Regional Mədəniyyət İdarəsi ilə Lənkəran Dövlət Dram Teatrı arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Şuşa ilin”nə həsr olunmuş tədbir keçiriləcək. AZpress.AZ xəbər verir ki, Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində reallaşacaq tədbir çərçivəsində teatrın baş rejissoru Anar Sadıqovun qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası nümayiş etdiriləcək.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar teatrın tədbirlər planı çərçivəsində hazırlanan bu səhnə əsərində 44 günlük Vətən müharibəsində xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

 

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.

 

Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları gənc aktyorlardan Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]