Cavadxan Qasımov: "Naxçıvan Muxtar Respublikası və dövlətin regional iqtisadi inkişafı" adlı kitabın təqdimatı

Cavadxan Qasımov: "Naxçıvan Muxtar Respublikası və dövlətin regional iqtisadi inkişafı" adlı kitabın təqdimatı

Cavadxan Qasımov: "Naxçıvan Muxtar Respublikası və dövlətin regional iqtisadi inkişafı" adlı kitabın təqdimatı 

 

11 may tarixində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında bu yaxınlarda çap olunan "Naxçıvan Muxtar Respublikası və dövlətin regional iqtisadi inkişafı" adlı kitabımın təqdimatı oldu.
Kitabda Naxçıvan Muxtar Respublikasının:

 

- davamlı sosial-iqtisadi inkişafında;
- sosiallaşma və sənayeləşmə proseslərindəki rolunda;
- qətiyyətlə davam edən iqtisadi islahatların səmərəliliyindəki töhfələrində;
- özünün regional xüsusiyyətlərə xas olan perspektivlərində;
- mülkiyyət münasibətlərində və təsərrüfatçılıq fəaliyyətinin səmərəli təşkilində;
- iqtisadiyyatın sahə strukturunun əlaqəli və uzunmüddətli iqtisadi prioritetlərə istiqamətlənən inkişafında;
- məşğulluq və infrastruktur təminatında;
- elm və təhsil sahəsindəki innovativ, həmçinin texnoloji üstünlüklərində;
- universitetimizdə Texnopark quruculuğunda və beynəlxalq əməkdaşlıqlarında əldə olunan uğurlardan qürurla söz açılmış və gəlinən qənaətlər yer almışdır. Kitabda, 45 publisistik məqalədən ibarət təhlillər və elmi cəhətdən əsaslandırmalar çap olunmuşdur. Eyni zamanda, bu potensialla muxtar respublikanın ölkənin milli iqtisadi inkişafına vermiş olduğu töhfələrinə aid olan nəticələr kitabda oxucusu ilə görüşür. Bir daha, kitabda yer alan məqalələrimin çap olunmasına görə qəzet və saytların Baş Redaktorlarına dərin minnətdarlığımı bildirirəm.

 

Təqdimat, xüsusilə, işlərimdə və fəaliyyətimdə daha da böyük stimullaşdırıcı təsiri ilə yadda qaldı. Universitetimiz hərtərəfli dövlət qayğısı ilə tədris, araşdırma və ixtisaslaşma imkanlarını daha da artırmaqdadır. Hörmətli Rektorumuz Elbrus İsayevin yüksək təcrübəyə söykənən idarəçiliyi ilə universitetimiz bu qayğıdan daha böyük uğurlar üçün yararlanmaqdadır. Hər bir əməkdaş ali məktəbimizi öz ailəsi olaraq qəbul edir və onun daha sağlam əsaslarla güclənməsinə çalışır. Məhz belə bir mühit biz pedoqoji heyətin tədqiqat və yaradıcılıq imkanlarını daha da artırmaqdadır.

 

Təqdimatda çıxış edən Ali Məktəbimizin Rektoru çox hörmətli Elbrus İsayevə, Univresitetin Elmi Katibi Orxan Cəfərova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərova, "Dünya iqtisadiyyatı və menecment" kafedrasının dosenti Həsən Məmmədova, "Mühasibat uçotu və maliyyə" kafedrasının müdiri Teymur Abbasova, "İqtisadiyyat" kafedrasının müdiri, Ceyhun Mahmudova minnətdarlıq edirəm. Bir müəllim olaraq, müəllifi olduğum kitab barəsində çıxış edən tələbələr Əmrə İbrahimova və Nigar Nəsirliyə və bütün iştiraçkılarla da dərin təşəkkürümü ifadə edirəm.

 

Göstərilən diqqəti bundan sonrakı fəaliyyətimdə daha da artan məsuliyyət olaraq qəbul edir və var gücümlə bu etimada layiq olmaq üçün çalışacağam.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]