Şərqşünaslıq fakültəsinin tələbə və müəllimləri VI Yapon Mədəniyyəti Festivalında iştirak ediblər +FOTO=4

Şərqşünaslıq fakültəsinin tələbə və müəllimləri VI Yapon Mədəniyyəti Festivalında iştirak ediblər +FOTO=4

Şərqşünaslıq fakültəsinin tələbə və müəllimləri VI Yapon Mədəniyyəti Festivalında iştirak ediblər 

 

Bakı Dövlət Universitetinin tələbə və müəllimləri Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin yaradılmasının 30 illiyinə həsr edilmiş VI Yapon Mədəniyyəti Festivalında iştirak ediblər. Festivalı Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cuniçi açıb. Səfir qonaqları Azərbaycan dilində salamlayaraq, mədəniyyət festivalına gələn müsafirlərə xoş əhval-ruhiyyə arzulayıb. Səfir festivalın yapon mədəniyyətinin əsas sahələrini əhatə etdiyini və bütün stendlərin hazırlıq və tərtibatının azərbaycanlı yaponsevərlər tərəfindən yerinə yetirildiyini vurğulayıb.

 

Festivalda 10 qurum tərəfindən hazırlanmış stend və musiqi təqdimatları nümayiş etdirilib. Azərbaycanda ilk və aparıcı yapon dili məktəbinin yaradıcısı BDU-nun Şərqşünaslıq fakültəsi festivalda ən məhsuldar proqramla çıxış edib.

 

Şərqşünaslıq fakültəsinin stendləri və musiqi təqdimatları Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri və Yaponşünaslıq ixtisasının tələbələri tərəfindən hazırlanıb.

 

Festival qonaqların böyük marağına səbəb olub. Onlar yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olub, ikebanaların yığılmasına, gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamilərin bükülməsinə böyük maraq göstəriblər.

 

Festivalın sonunda növbəti festivalların BDU-nun təşkilatçılığı ilə keçirilməsi qərara alınıb.

 

 

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]