Özbəkistanın BizTV telekanalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib +FOTO=8

Özbəkistanın “BizTV” telekanalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib +FOTO=8

Özbəkistanın “BizTV” telekanalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib 

 

Özbəkistanın “BizTV” telekanalında “Mədəniyyət Mərkəzləri” adlı verilişdə bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib.

 

“BizTV” telekanalının baş redaktoru, jurnalist Jaloliddin Mirzoyevin vurğulayıb ki, apardığı “Mədəniyyət Mərkəzləri” adlı verilişin ilk buraxılışı Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə həsr olunmuşdur.

 

Qeyd edək ki, yeni yaradılmış televiziya verilişində Özbəkistandakı müxtəlif xalqların diaspora ocaqları və mədəniyyət mərkəzlərinin fəaliyyəti işıqlandırılır.

 

Nümayiş olunan verilişdə ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair fikirləri yer alıb. Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Respublikasının Prezidenti Şavkat Mirziyayevin iştirakı ilə Mərkəzin 2010 ildə açılışını qeyd edərək Prezidenti İlham Əliyev söylədiyi sitatı vurğulayıb: “Bu Mərkəz Azərbaycan və Özbəkistan dostluğunun rəmzidir.”

 

Diplomat, onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanla mədəniyyət, turizm, mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkənin müxtəlif regionlarında “Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və kino günləri” tədbirlərinin təşkili, hər iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrinin yaradılması, Özbək mətbuatı ilə sıx əməkdaşlıq, keçirilən sərgilər, konfranslar, təqdimatlar, nəşr layihələri, habelə reallaşdırılan qarşılıqlı səfərlər vasitəsi ilə ölkəmizin geniş təbliği məsələləri barədə məlumat verib.

 

Ekran əsərində Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyev haqqında, onun xatirəsinə Mərkəzdə yaradılmış “Heydər Əliyev Muzeyi”, habelə “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”, “Odlar yurdunun naxışları” adlı xalça muzeyi haqqında geniş yer ayrılıb.

 

Kitabxana-informasiya mərkəzinin rəhbəri Kifayət Pirməmmədova kitabxanada dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, ölkəmizə dair zəngin mediateka, disk, elektron nəşrlər, jurnallar, oxucuların istifadəsinə verilməsi və görülən işlər barədə məlumat verib. O, Mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və ötən 9 ildə bu mövzuda 100-ə yaxın adda kitabın Daşkənddə nəşr olunduğunu bildirib.
Televiziya layihəsində Mərkəzin nəzdində Azərbaycan dili, kompüter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti xüsusi qeyd olunub.

 

Verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının fəaliyyətinə nəzər salınıb, milli rəqslərimizin ifası, Özbəkistanda təbliği barədə süjetlər nümayiş etdirilib. Ansamblın bədii rəhbəri Kamola Javliyeva ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb.

 

Qeyd edək ki, veriliş Özbəkistanda böyük maraq yaradıb və ölkənin “BizTV” telekanalında bir neçə dəfə nümayiş etdirilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]