Azərbaycanlılar Türkiyədə imtahan suallarını satdılar
Bu xəbəri paylaş
Azərbaycanlılar Türkiyədə imtahan suallarını satdılar
Türkiyədə Ankaranın Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən “Scholastic Aptitude Test” (SAT) imtahan suallarının paytaxtda 2-3 min dollara satılmasından sonra istintaq başladıb.
Bu barədə Türkiyə mətbuatında xəbərlər dərc edilib.
Prokurorluq aralarında Azərbaycan və İran vətəndaşları olan 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə təşkilatlandığını, Cahid və M.N adlı şəxslərin Azərbaycandan sualları gətirdiyini və “karantin” adlandırdıqları evlərdə sualları payladıqlarını aşkar edib.
Əməliyyatlar zamanı Əfsanə G., Farnaz H., Fuad K, Ələkbər K, Saeed K. və Əli A. saxlanılıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)