MEK-də görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib +FOTO

MEK-də görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib +FOTO

MEK-də görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.
Sərgidə elmi xidmət biblioqrafiyasının təməlini qoyan görkəmli alimin müəllifi olduğu “Kitabxana işinin iqtisadiyyatı” kitabı, Abuzər Xələfovun “Azərbaycanda kitabxana işinin təşkili” əsəri, “Kitabxanaşünaslığa giriş” dərslikləri, “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalın sayları və digər nəşrlər yer alıb.

 

Xatırladaq ki, R.Kazımovun 1954-2007-ci illərdə nəşr olunan 245 ədəbiyyatdan ibarət şəxsi kolleksiyası alimin vəfatından sonra ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.

 

Qeyd edək ki, 2017-ci ildə MEK tərəfindən R.Kazımovun həyatı, elmi və pedaqoji fəaliyyətini əks etdirən 12 cildlik biblioqrafik göstəricilər çap olunub və elektron formatı hazırlanıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]