Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə heç bir aidiyyatı yoxdur

Sosial şəbəkələrdə dələduzluqla məşğul olan səhifələrin şirkətimizə heç bir aidiyyatı yoxdur

Son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzətmə və ya investisiya yatırma imkanları təklif olunur. Bəyan etmək istəyirik ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyatı yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.

Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]