Yazarlara dəstək layihəsinə start verilib +FOTO=16

Yazarlara dəstək layihəsinə start verilib +FOTO=16

Yazarlara dəstək layihəsinə start verilib 

 

Mayın 13-də İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və yazarların imza günlərinin keçirilməsinə dəstək layihəsini təqdim edib.

 

Layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.

 

Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarısinin rəisi İbrahim Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr muavini, yazıçı, jurnalist Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli və digər ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tadbirdə artiq şair və yazarların Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana bilələcəkləri diqqətə çatdırılıb. Burada yaradıcı şəxslərə kitab təqdimatları, imza günlərinin keçirilməsində məkan və texniki dəstək təklif olunacaq.

 

Yeni layihənin təqdimatının ardınca iki yazarın - Samirə Əşrəf və İlham Əzizin imza günü baş tutub.
İlham Əziz ədəbi fəaliyyətə gec başlasa da, ədəbi ictimaiyyətin diqqətini çəkə bilmiş yazıçılardandır. Onun haqqında ədəbiyyatşünaslar, ədəbi tənqidçilər resenziyalar və təqdir yazıları yazıb. İlham Əzizin imzaladığı “Şimşəkdən sonra” adlı kitab hekayələr toplusudur.Bu müəllifin ilk kitabıdır.

 

Samirə Əşrəf ədəbi fəaliyyətə on ildən artıqdır ki, başlayıb. “Mənim üçün qızılgül” hekayələr toplusu müəllifin sayca ikinci kitabıdır. Samirə Əşrəf Azərbaycanda tanınmış gənc yazarlardandır. O, həmçinin 10 ilə yaxındır mətbuatda çalışır. Publisistika, jurnalistika fəaliyyəti ilə məşğuldur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]