Vaşinqtonda Xarıbülbülün səsi konserti keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=3)

Vaşinqtonda “Xarıbülbülün səsi” konserti keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=3)

Vaşinqtonda “Xarıbülbülün səsi” konserti keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=3)

 


5 may 2022-ci il tarixində Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Marshall İrs İnstitutunun (Marshall Legacy Institute, MLI) təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) dəstəyi ilə Vaşinqtondakı Con Kennedi adına İfaçılıq incəsənəti mərkəzində (Kennedi Mərkəzi) azərbaycanlı incəsənət ustalarının “Xarıbülbülün səsi” konserti keçirildi.

 

Xarıbülbül gülü Şuşa və Qarabağla qırılmaz şəkildə bağlıdır, sevgi və sülh rəmzi, Azərbaycanın əsl simvolu, 44 günlük Vətən Müharibəsində Qələbənin milli rəmzidir.

 

Qonaqlar arasında ictimai-siyasi xadimlər, ABŞ Konqresinin üzvləri, diplomatik missiyaların nümayəndələri, aparıcı beyin mərkəzləri, ABŞ-ın elm xadimləri, Azərbaycan diasporunun və Amerika ictimaiyyətinin nümayəndələri yer almışdır.

 

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, USACC-nin icraçı direktoru Natiq Baxışov, MLI-nin icraçı direktoru Elis Beker iki ölkə arasında əlaqələrin inkişafı, Azərbaycanın mədəniyyəti, incəsənəti və adət-ənənələrindən danışdılar.
Azərbaycanın Əməkdar Artisti Fuad İbrahimovun dirijorluğu ilə Baku Chamber Orcestra-nın müşayiəti ilə keçirilən Konsert proqramında Xalq artistləri Nəzakət Teymurova, Brilliant Dadaşova, Ənvər Sadıqov, Elşən Mansurov, Əməkdar artistlər Əliağa Sədiyev, Abbas Bağırov, Kamran Kərimov, o cümlədən Arslan Növrəsli, Cəlal Kərimov və başqaları çıxış ediblər. Tədbirdə xalq mahnıları və muğam, estrada mahnıları təqdim olunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]