Bakı Musiqi Akademiyasında "Əruz vəzni və musiqi" adlı mühazirəsi dinlənildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=12)

Bakı Musiqi Akademiyasında "Əruz vəzni və musiqi" adlı mühazirəsi dinlənildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=12)

Bakı Musiqi Akademiyasında "Əruz vəzni və musiqi" adlı mühazirəsi dinlənildi  (AZpress.AZ, İ.Nəriman, +FOTO=12)

 


13 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın "Humanitar fənnlər kafedrası"nın müdiri, Filalogiya elmləri doktoru, professor Tərlan Quliyevin "Əruz vəzni və musiqi" adlı mühazirəsi dinlənildi. Professor mühazirəsi zamanı əruz vəzninin xüsusiyyətlərini xarakterizə edən cizgilərdən bəhs etdi. Eyni zamanda T.Quliyev vəznin Azərbaycan muğamları və Azərbaycan dili ilə qarşılıqlı əlaqələrindən söhbət açaraq, bildirdi ki, əruz vəzninin Azərbaycan poeziyasında bütövlükdə 12 bəhri işlənir və bizim qəzəliyyat bu bəhrlərdə yazılıb. Eyni zamanda Azərbaycan muğamları qəzəllərə söykəndiyinə görə bəstəkarlar, xanəndələr əruz mütləq vəzninin bilməli və musiqi bəstələyən zaman, öz ifaları zamanı əruz vəzninin tələblərinə riayət etməli olduqlarını qeyd etdi.

 

T.Quliyev: "Məsələn, ustad xanəndə Hacıbaba Hüseynov öz ifasında əruzun, qəzəlin tələblərinə demək olar ki, tam şəkildə riayət etmişdir. Çox təəssüf ki, bir çox bəstəkarların əsərlərində, xanəndələrin ifasında əruzun tələblərinə əməl olunmur. Onlar vəznin xüsusiyyətlərini nəzərə almadan muğam ifa edirlər. Ona görə də şairlər, bəstəkarlar, xanəndələr mütləq əruzu bilməli, öyrənməlidirlər.

 

Bunun üçün də Bakı Musiqi Akadeniyasının magistratura şöbəsində biz bu fənni tədris edirik, onun sirrlərini gənc bəstəkarlara, musiqişünaslara öyrədirik".

 

Professor Tərlan Quliyevin məruzəsini böyük maraqla dinləyən auditoriya, belə mühazirələrin davamlı olmasını arzu etdilər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]