İlham Əliyevin Türkiyəyə işgüzar səfəri -YENİLƏNİB (+FOTO=16)

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri -YENİLƏNİB (+FOTO=16)

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri -YENİLƏNİB (+FOTO=16)

 

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

 


X X X

 

 

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

 

 

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

 

 

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

 

 

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

 

 

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

 

 

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

 

 

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]