İki azərbaycanlı karateci bürünc uğrunda qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
İki azərbaycanlı karateci bürünc uğrunda qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
İrina Zaretska bu gün mübarizəyə qatılacaq
Rabatada (Mərakeş) karatenin WKF versiyası üzrə Karate-1 Premyer-Liqanın 3-cü mərhələ yarışı keçirilir. Azərbaycanın biri qadın olmaqla, 3 karateçi ilə qatıldığı bu turnirin ilk günü iki təmsilçimiz - Aminağa Quliyev və Sultan Hüseynov (hər ikisi 60 kq) dayanq üzərinə çıxaraq, nəyə qadir olduğunu nümayiş etdirib. Hər iki karateçimiz yarımfinala qədər irəliləsə də ondan uzağa gedə bilməyib və bürünc medal uğrunda döyüşmək imkanı əldə edib. . Maraqlıdır ki, eyni çəkidə olan karateçilərimiz öz aralarında qarşılaşmalı olacaq. Bürünc medal uğrunda döyüş bazar günü baş tutacaq.
Bu gün isə qadın yığmamızın lideri İrina Zaretska mübarizəyə qatılacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


