Knyaz Aslan: Haqqa qovuşan adam...
Bu xəbəri paylaş
Knyaz Aslan:
Haqqa qovuşan adam...
Haqqa tapınan adam...
Haqqı tapdanan adam...
Haqqa qovuşan adam...
Haqqa yaraşan adam...
Milli Mətbuatımızın "Səhər"i...
Müstəqil mətbuatımızın zəfəri...
Qələm-kağızımızın səhəri...
"Səhər"in Məzahir Səhəri...
Ustad Məzahir Süleymanzadə...
Bir az kübar...
Bir az həlim...
Bir az sadə...
Qarabağ havalısı...
Azərbaycan sevdalısı...
Əbədiyyət yolun nurlu olsun, qələmdaşım!..
Akiflə, Mahirlə, Tahirlə qəlb qardaşım!..
Acı xəbər - ağır dərddi...
Amma bilən bilir:
Məzahir Süleymanzadə imzası
çağdaş milli mətbuatımıza
əbədi həkk olunmuş möhürbənddi!..
İşıqlı, zəfərli, ümidli!..
Hər sözü inamdı, səhərdi, ümiddi!..
Son telefon söhbətimiz səslənir yaddaşımda...
İndi mənası yoxdu yad sözün, yad daşın da...
Qələminin atəşi, qəlbinin hərarəti,
Sözlərinin qüdrəti, kəlmələrinin siqləti
yaşadacaq onu hər an...
Yaşadacaq onu zaman!..
Özü, sözü, izi qalacaq...
Ocağı, odu, közü qalacaq...
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)