Hacıqabul rayonda Pirsaatçay üzərindən hərəkət bərpa olunub +FOTO=4

Hacıqabul rayonda Pirsaatçay üzərindən hərəkət bərpa olunub +FOTO=4

Hacıqabul rayonda Pirsaatçay üzərindən hərəkət bərpa olunub 

 

Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub. Hazırda keçid yol üzərindən rahat və təhlükəsiz hərəkətin təmin olunması istiqamətində işlər davam etdirilir.

 

Qeyd edək ki, Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin cari il ərzində yekunlaşdırılması planlaşdırılır.

 

Bununla da 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması, həmçinin yeni körpünün inşası ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]