Professor Elmira Abbasovanın 90 illiyinə həsr olunmuş konfrans-konsert keçiriləcək (AZpress.AZ, İ.Nəriman, +FOTO)
Bu xəbəri paylaş
Professor Elmira Abbasovanın 90 illiyinə həsr olunmuş konfrans-konsert keçiriləcək (AZpress.AZ, İ.Nəriman, +FOTO)
16 may 2022-ci il tarixində saat 14:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 90 illiyinə həsr olunmuş konfrans-konsert keçiriləcəkdir. Konsert zamanı tamaşaçılar Respublikanın Xalq artistləri Yeganə Axundova,
Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, BMA-nın professoru Könül Hüseynova, Azərbaycan Dövlət Fortepiano Triosu-Respublikanın Əməkdar artistləri Töhfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, BMA-nın dosenti, Beynəlxalq müsabiqələr laureatı
Züleyxa Abdulla, BMA-nın dosenti Nərgiz Salmanlı, Beynəlxalq müsabiqələr laureatı Səbinə Quliyevanın ifasında müxtəlif illərdə Bakı Musiqi Akademiyasında rektor vəzifəsində çalışan bəstəkarlar - Üzeyir Hacıbəyli, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Əşrəf Abbasov və Fərhad Bədəlbəylinin əsərlərindən zövq ala biləcəklər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
