MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib +FOTO=7

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib +FOTO=7

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib. Öncə MEK kollektivi Ulu Öndərin kitabxananın foyesindəki büstünün önünə tər gül dəstələri düzüb, dahi liderin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

 

Sonra MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan məhz bu fenomen şəxsiyyətin rəhbərliyi altında uzun bir tərəqqi yolu keçərək ən qabaqcıl respublikalardan birinə çevrilib. Baş direktor Ulu Öndərin kitabxana sahəsinə göstərdiyi xüsusi diqqətdən də söhbət açıb. Vurğulayıb ki, məhz fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyət dövründə kitabxanaların hüquqi bazası möhkəmləndirilib. Hazırda isə bu fəaliyyət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin 44 günlük II Qarabağ müharibəsinə diqqət çəkərək əldə edilən qələbəni məhz İlham Əliyevin uğurlu siyasəti sayəsində qazandığımızı bildirib.

 

Baş direktor eləcə də MEK-də ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mütəmadi olaraq keçirilən lektoriyaların XXI əsrdə də ölkəmizin inkişafının kökündə Heydər Əliyev ideyaları, Ulu Öndərin qoyub getdiyi zəngin irsinin daha yaxından tədqiqinə və təbliğinə dəstək olduğunu da qeyd edib.

 

Daha sonra MEK-in baş kitabxanaçısı Allahverən Allahverdiyev çıxış edərək Naxçıvanda kitabxanada çalışarkən Ulu Öndərlə görüşündən, onunla olan xoş xatirələrindən danışıb.

 

Tədbir müddəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]