Aİ PPRD EAST3 ŞƏRQ PROQRAMININ QRUP RƏHBƏRİ PİTER QLERUM COĞRAFİYA İNSTİTUTUNDA OLUB

Aİ PPRD EAST3 ŞƏRQ PROQRAMININ QRUP RƏHBƏRİ PİTER QLERUM COĞRAFİYA İNSTİTUTUNDA OLUB

Aİ PPRD EAST3 ŞƏRQ PROQRAMININ QRUP RƏHBƏRİ PİTER QLERUM COĞRAFİYA İNSTİTUTUNDA OLUB

 

Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramının (PPRD East3) qrup rəhbəri cənab Piter Qlerum AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda olaraq müəssisə əməkdaşları ilə görüşüb.

 

Sözügedən şərq proqramının 3-cü mərhələsinin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində fəlakət risklərinin azaldılması və böhranların idarə edilməsi fəaliyyətinin gücləndirilməsi və Aİ-nın Mülki Müdafiə Mexanizmi ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir. Proqram çərçivəsində tərəfdaş ölkələrin müvafiq Mülki Müdafiə İnstitutlarının fəlakət risklərinin qarşısının alınması, o cümlədən təbii və texnogen xarakterli fəlakətlərə hazırlıq və cavab tədbirləri sahəsində bacarıqlarının artırılması və qeyd olunan sahələrdə milli inklusiv yanaşmanı təşviq etməklə bütün müvafiq orqanları, vətəndaş cəmiyyəti, eləcə də elmi tədqiqat institutları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

 

Tədbirdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, fəlakət risklərinin qiymətləndirilməsi, risk xəritələri və erkən xəbərdarlıq sistemləri sahələrində gələcək birgə fəaliyyət imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]