AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub 

 

Məlum olduğu kimi, AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şərait mövcuddur. Bu səbəbdən texnoparkın rezidentləri və inkubator-rezidentlərinin sayı gündən-günə artmaqdadır.

 

Bu günlərdə YTP-yə daha bir inkubator-rezident qəbul olunub. “Troniq” MMC ən müasir standartlar əsasında robototexnikaların hazırlanması və onların suni intellekt sistemləri inteqrasiyasının təmin edilməsi həyata keçirir.

 

Şirkətin həyata keçirdiyi layihələr arasında interaktiv mobil xidmət robotu “Kiki”, mühafizə xidmətlərinə və mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” sistemi, istənilən növ müəssisədə və ya mühitdə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu, LED lampaların istehsalı və s. qeyd etmək olar.

 

“Troniq” MMC texnoloji məhsulları sınaqdan keçirtmək üçün bünövrənin müasirləşdirilməsinin tam və kompleks yanaşmasını təklif edir. Bütün avadanlıqlar və proqram təminatları keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]